Emildən daha bir uğurlu oyun - VİDEO

Hit: 216
Emildən daha bir uğurlu oyun - VİDEO

Qazaxıstan Premyer Liqasında 23-cü turun görüşləri keçirilir.

Faktor.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi "Tobol" səfərdə "İrtış"la qarşıllaşıb. Oyunda qol vurulmayıb.

90 dəqiqə meydanda olan Emil bir neçə epizodda komandasını qoldan xilas edib. Balayev ardıcıl üç oyundur ki, qol buraxmır.

Xal itkisindən sonra "Tobol" liderliyini əldən verib. 

Qeyd edək ki, Kostanay təmsilçisi 46 xalla 2-cidir. 47 xalı olan "Kayrat" ilk pillədə qərarlaşıb.









Redaktorun seçimi