"Sumqayıt" ilk dəfə Qəbələdə qalib gəldi - YENİLƏNİB

Hit: 343
"Sumqayıt" ilk dəfə Qəbələdə qalib gəldi - YENİLƏNİB

Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turu davam edir.

Faktor.az xəbər verir ki, bu gün daha bir görüş keçirilib. "Qəbələ" öz meydanında "Sumqayıt"ı qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Sumqayıt"ın heyətində yeni transfer Mehdi Şərifi dubl edib.

Bu, "Sumqayıt"ın Qəbələ səfərində ilk qələbəsi olub.

Qeyd edək ki, turun digər oyunları qarşıdakı iki gün ərzində keçiriləcək.

Azərbaycan Premyer Liqası

I tur

17 avqust 

19:00. “Qəbələ” – “Sumqayıt” - 0:2

Qollar: Mehdi Şərifi, 13, 29

Qırmızı vərəqə: Asif Məmmədov, 84-iki sarı vərəqə ("Qəbələ")

Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Rəşad Əhmədov

Qəbələ şəhər stadionu









Redaktorun seçimi