Nazarov "fərqləndi", komandası uduzdu

Hit: 317
Nazarov "fərqləndi", komandası uduzdu

Almaniya II Bundesliqasında 3-cü turun oyunları keçirilir.

Faktor.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" səfərdə "Arminiya"nın qonağı olub. Görüş Aue təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Start heyətində meydana çıxan Nazarov sona qədər oynayıb. O, 47-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, 3 turdan sonra 6 xalı olan "Erzgebirge" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.









Redaktorun seçimi