"Atletiko" kapitanlarını açıqladı

Hit: 321
"Atletiko" kapitanlarını açıqladı

"Atletiko"nun 2019/2020 mövsümü üçün əsas kapitanı müəyyənləşib.

Faktor.az klubun rəsmi "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, kapitanlı sarğısını Koke taxacaq. O, hansısa səbəbdən meydana çıxmasa, sarğı Yan Oblaka həvalə olunacaq.

Əgər adları qeyd olunan futbolçular da oynamasa, o zaman əsas kapitan Xose Mariya Ximenes və ya Saul Niqes olacaq.

Qeyd edək ki, "Atletiko" La Liqada ilk oyununu avqustun 18-i "Hetafe"yə qarşı keçirəcək.









Redaktorun seçimi