"Roma" türk futbolçunu transfer etdi

Hit: 188
"Roma" türk futbolçunu transfer etdi

"Roma" növbəti transferini həyata keçirib.

Faktor.az klubun saytına istinadən xəbər verir ki, İtaliya təmsilşisi "Gənclərbirliyi"ndən Yıldırım Mert Çetini heyətinə qatıb. 22 yaşlı türk oyunçu ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün A seriyası klubu 3 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, M.Çetin yeni klubunda 15 nömrəli forma geyinəcək.









Redaktorun seçimi