Avropanın SUPERi "Liverpul" oldu - YENİLƏNİB - VİDEO

365 dəfə oxunub
Avropanın SUPERi "Liverpul" oldu - YENİLƏNİB - VİDEO

Bu gün Türkiyənin İstanbul şəhərində UEFA superkuboku uğrunda oyun keçirilib.

Faktor.az xəbər verir ki, “Vodafone Park”da keçirilən görüşdə İngiltərənin iki təmsilçisi – “Liverpul” və “Çelsi” klubları üz-üzə gəlib.

“Liverpul” ötən mövsüm Çempionlar Liqasının finalında “Tottenhem”i 2:0 hesabıyla məğlub etmişdisə, “Çelsi” Avropa Liqasının həlledici oyununda “Arsenal”dan üstün olmuşdu – 4:1.

Bu oyuna gəlincə, əsas vaxt 1:1 hesabıyla başa çatıb. Əlavə vaxtda da bərabərlik qeydə alınıb – 2:2. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Liverpul” növbəti tituluna yiyələnib. “Qırmızılar” 4-cü dəfə UEFA superkubokunu qazanıblar.

UEFA Superkuboku

14 avqust

23:00. “Liverpul” (İngiltərə) – “Çelsi” (İngiltərə) - 2:2 (penaltilər 5:4)

Qollar: Olivye Jiru, 36 (0-1), Mane, 48 (1-1), Mane, 95 (2-1), Jorjinyo, 101 pen (2-2)

Baş hakim: Stefani Frappar (Fransa)

İstanbul. “Vodafon Park” stadionu



Redaktorun seçimi