Daha üç klub pley-off-da - Avropa Liqası

100 dəfə oxunub
Daha üç klub pley-off-da - Avropa Liqası

UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları davam edir.

Faktor.az xəbər verir ki, bu gün daha 3 oyun keçirilib. Matçların nəticəsinə əsasən, "Legiya", "Vitoriya" pley-off-a yüksəlib, "Saburtalo" isə turnirdə mübarizəni dayandırıb.

Qeyd edək ki, "Neftçi"nin görüşü də daxil olmaqla, digər qarşılaşmalar sabah keçiriləcək.

UEFA Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunları

14 avqust

20:00. "Saburtalo" (Gürcüstan) - "Ararat" (Ermənistan) - 0:2

İlk oyun - 2:1

20:00. "Vitoriya" (Gimaraynş, Portuqaliya) - "Ventspils" (Latviya) - 6:0

İlk oyun - 3:0

20:00. "Atromitos" (Yunanıstan) - "Legiya" (Polşa) - 0:2

İlk oyun - 0:0

13 avqust

“Dundalk” (İrlandiya) - “Slovan” (Bratislava, Slovakiya) - 1:3

İlk oyun - 0:1

“Linfield” (Şimali İrlandiya) –  “Sutyeska” (Monteneqro) - 3:2

İlk oyun - 2:1

“Nomme Kalyu” (Estoniya) - “Düdelanj” (Lüksemburq) - 0:1

İlk oyun - 1:3



Redaktorun seçimi