"Qarabağ"la oyunu səbirsizliklə gözləyirik" - Devid Hili

90 dəfə oxunub
"Qarabağ"la oyunu səbirsizliklə gözləyirik" - Devid Hili

“Futbolçularım tapşırıqları meydanda yaxşı icra edirlər. Onlar “Qarabağ”la oyunları səbirsizliklə gözləyirlər”.

Faktor.az BBC-yə istinadən xəbər verir ki, bu sözləri Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan  Şimali İrlandiyanın “Linfild” klubunun baş məşqçisi Devid Hili deyib.

O, Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Sutyeska” (Monteneqro) ilə cavab oyunundan (3:2) sonra "Qarabağ"la keçiriləcək görüşləri qısaca şərh edib:  “Növbəti həftə böyük oyunumuz olacaq. Buna görə çox şadam. Ancaq asan olmayacaq".

Qeyd edək ki, “Qarabağ” "Linfild"də avqustun 22-də səfərdə, 29-da Bakıda qarşılaşacaq.



Redaktorun seçimi