Əliyarın idarə etdiyi oyunda 4 qol, 2 sarı vərəqə - VİDEO

87 dəfə oxunub
Əliyarın idarə etdiyi oyunda 4 qol, 2 sarı vərəqə - VİDEO

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasının III təsnifat mərhələsində LASK  (Avstriya) - "Bazel" (İsveçrə) görüşünü idarə edib. 

Faktor.az xəbər verir ki, meydan sahiblərinin 3:1 hesabı ilə qalib gəldikləri oyunda  Ağayev 35 kobudluq qeydə alıb. Bunlardan 20-ni ev sahibləri, 15-ni qonaqlar edib.

Referimiz futbolçulara iki rəsmi xəbərdarlıq edib. O, hər komandadan bir oyunçuya sarı vərəqə göstərib.

Qeyd edək ki, LASK iki oyunu nəticəsinə görə (2:1, 3:1) pley-offa yüksəlib.



Redaktorun seçimi