"Mançester Yunayted" qapıçısını icarəyə göndərdi

Hit: 152
"Mançester Yunayted" qapıçısını icarəyə göndərdi

"Mançester Yunayted" qapıçısı Joel Pereyranı icarəyə göndərib.

Faktor.az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı qolkiper 2019/2020 mövsümünü icarə əsasında Şotlandiyanın əsas liqası təmsilçisi "Harts"da  çıxış edəcək.

Qeyd edək ki, J.Pereyra bu yay komandanın təlim-məşq toplanışı çərçivəsində bəzi matçlarda iştirak edib. O, Beynəlxalq Çempionlar kubokunda "Milan"a qarşı görüşdə də oynayıb.







Redaktorun seçimi