APOEL azarkeşləri Bakıda

88 dəfə oxunub
APOEL azarkeşləri Bakıda

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün "Qarabağ"ın qonağı olacaq APOEL ölkəmizdə dəstəksiz qalmayacaq.

Faktor.az xəbər verir ki, komandanı Bakıda 70-80 azarkeşin dəstəkləyəcəyi gözlənilir. Bu haqda saytımıza Ağdam klubundan bildirilib. Qeyd edilib ki, Kipr klubu bu haqda "Qarabağ"a öncədən məlumat verib.

Kipr mətbuatı isə yazıb ki, azarkeşlər arasında iordaniyalı fanatlar da olacaq. Belə ki, Nikosiya təmsilçisinin iordaniyalı oyunçusu Musa əl-Taamari bir neçə həmvətəni üçün bilet təşkil edib.

Xatırladaq ki, “Qarabağ” – APOEL oyunu saat 20.30-da başlanacaq. Kiprdəki ilk matçda Azərbaycan çempionu 2:1 hesabı ilə qalib gəlib.



Redaktorun seçimi