Ronaldo Messi ilə fərqindən danışdı

112 dəfə oxunub
Ronaldo Messi ilə fərqindən danışdı

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo "Barselona"nın oyunçusu Lionel Messi ilə arasındakı fərqdən danışıb.

Faktor.az "DAZN"a istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Fərq ondadır ki, fərqli klublarda oynamışam və fərqli komandalarla Çempionlar Liqasını qazanmışam. Ardıcıl 6 il bu turnirin ən yaxşı bombardiri olmuşam. Çox az oyunçu Çempionlar Liqasının kubokunu 5 dəfə qazanıb".

Portuqaliyalı hücumçu Messinin əla futbolçu olduğunu da söyləyib: "Onu təkcə 5 dəfə "Qızıl top"u qazanması ilə yox, həm də mənim kimi ilbəil daha yaxşı olması ilə xatırlayacaqlar".



Redaktorun seçimi