Çeçen parlament sədrindən hakimə kobudluq - VİDEO

94 dəfə oxunub
Çeçen parlament sədrindən hakimə kobudluq - VİDEO

Rusiya Premyer Liqasının 5-ci turunun “Axmat” – “Spartak” matçı ilə bağlı daha bir qalmaqallı hadisə yaşanıb.

Faktor.az xəbər verir ki, sosial şəbəkələdə yayılan videoda oyun bitən kimi Çeçenistan parlamentinin sədri Maqomed Daudovun baş hakim Aleksey Suxoyun qolundan kobudluqla tutaraq paltardəyişmə otağına gedən tunelə apardığı görünür. Bunu görən fanatların Daudova dəstək olaraq “Davay, davay” sözləri dediyi də eşidilib.

Rusiya mətbuatı yazıb ki, bu hadisələr Qroznı stadionunda təhlükəsizliklə bağlı problem olduğunu göstərib. Buna görə “Axmet” klubuna cəza veriləcəyi gözlənilir.

Xatırladaq ki, “Spartak”la matçda yerli komanda 1:3 hesabı ilə uduzub. Oyunun 82-ci dəqiqəsində Çeçenistan prezidenti Ramzan Kadırov stadionun diktorunun mikrofonunu əlinə alaraq A.Suxoyu "Hakim, prezervativdir" sözləri ilə təhqir edib.



Redaktorun seçimi