Üç futbolçu "Neftçi"yə qarşı oynamaya bilər

123 dəfə oxunub
Üç futbolçu "Neftçi"yə qarşı oynamaya bilər

"Bney Yehuda"nın üç futbolçusu Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi" ilə cavab oyununu buraxa bilər.

Faktor.az İsrail klubunun saytına istinadən xəbər verir ki, müdafiəçi İtzik Azuz və  yarımmüdafiəçiçilər Amit Zenati, Eithan Velblum zədəlidir. Onların Bakı təmsilçisinin qarşı oynayıb-oynamayacağının hələlik məlum olmadığı bildirilib. Sözügedən üç futbolçu ilə bağlı yekun qərarın oyun günü veriləcəyi gözlənilir.

Qeyd edək ki, "Bney-Yehuda" - "Neftçi" görüşü avqustun 15-i Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matç 2:2 hesabı ilə başa çatıb.



Redaktorun seçimi