Medal qazanan qız güləşçimiz - Anamı məyus edə bilməzdim

Hit: 283
Medal qazanan qız güləşçimiz - Anamı məyus edə bilməzdim

Çox sevinirəm ki, bürünc medal qazandım. Ancaq yarışda məqsədim bu deyildi. Hədəfim qızıl medal qazanmaq idi.

Bu gün Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan güləşdə dörd qızıl, bir gümüş və bir bürünc medal qazanıb.

Son gündə yeganə bürünc medal qazanmış güləşçimiz Nigar Mirzəzadə qalib gəldiyi almaniyalı və britaniyalı rəqiblərini asanlıqla məğlub etsə də, həlledici görüşdə çətin anlar yaşayıb.

Son saniyələrdə polşalı rəqibi Zofia Polovçik onu döşəkdən çıxardığından, xal qonaq idmançıya verilib. Lakin Azərbaycanın məşqçilər heyətinin etirazından sonra təkrara baxılıb və xal Nigarın hesabına yazılıb.

Beləliklə, qız güləşçimiz 7:6 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.

 

 









Redaktorun seçimi