Şəhriyar Məmmədyarov üstünlükdən yararlana bilmədi

Hit: 205
Şəhriyar Məmmədyarov üstünlükdən yararlana bilmədi

Riqada FIDE-nin və “World Chess”in birgə təşkil etdiyi “Grand Prix 2019” seriyasının final oyunları davam edir.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov fransalı Maksim Vaşye-Laqravla ikinci görüşünü keçirib.

İlk oyunda ağ fiqurlarla qələbə qazanmış qrossmeysterimiz bu dəfə qara fiqurlarla məğlub olub.

Qalibi müəyyən etmək üçün sabah iki şahmatçı arasında tay-brek görüşü keçiriləcək.









Redaktorun seçimi