Yeddinci qızılı da qazandıq

Hit: 256
Yeddinci qızılı da qazandıq

Avropa Gənclər Olimpiya Festivalında (EYOF) Azərbaycan daha bir qızıl medal qazanıb.

Oxu.Az xəbər verir ki, sərbəst güləşdə Kənan Heybətov (-51 kq) finalda Rüstəm Dolayevlə görüşdə hesabda geridə olsa da, sonda 8:5 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu, Azərbaycanın yeddinci qızıl medalı olub.

 








Redaktorun seçimi