EYOF-da yarışan altı idmançı xəsarət aldı

Hit: 243
EYOF-da yarışan altı idmançı xəsarət aldı

Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) keçirildiyi məkanlarda ötən gün altı idmançı xəsarət alıb.

Səhiyyə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə növbətçilik çəkən təcili tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə altı müraciət daxil olub.

Müraciətlərdən beşi kiçik travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yardım ediblər.

18 yaşlı basketbolçu türk qız sol diz oynağının travması ilə müraciət edib. Təcili tibbi yardım briqadası onu Kliniki Tibbi Mərkəzə çatdırıb. İdmançı yardım edildikdən sonra buraxılıb. Vəziyyəti normaldır.

Xatırladaq ki, 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) keçiriləcəyi dövrdə müəyyən olunmuş yerlərdə 41 təcili tibbi yardım briqadaları növbə çəkir. Daha əvvəl də 18 müraciət daxil olub. 









Redaktorun seçimi