“Şah” superturnirin ilk final oyununda qələbə qazandı

Hit: 158
“Şah” superturnirin ilk final oyununda qələbə qazandı

Riqada FIDE-nin və “World Chess”in birgə təşkil etdiyi “Grand Prix 2019” seriyasının final oyunlarına start verilib.

 Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov fransalı Maksim Vaşye-Laqravla qarşılaşıb.

Ağ fiqurlarla oynayan “Şah” ləqəbli qrossmeysterimiz ilk görüşünü qələbə ilə başa vurub.

Cavab oyunu sabah baş tutacaq.









Redaktorun seçimi