Bakı-2019 - Daha yeddi güləşçimiz rəqibini tanıdı

Hit: 318
Bakı-2019 - Daha yeddi güləşçimiz rəqibini tanıdı

Bakıda keçirilən Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları sabah da davam edəcək.

Faktor.az xəbər verir ki, ikinci yarış günündə yeddi çəkidə (dörd oğlan, üç qız) mübarizə baş tutacaq.

Bu gün püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib.

Sərbəst güləş

-48 kq 1/8 final. Mircavad Nəbiyev - Məhəmmədəmin Bəybulatov (Rusiya)

-60 kq 1/8 final. Sabir Cəfərov - Marsel Deli (Macarıstan)

Yunan-Roma güləşi

-48 kq 1/8 final. Qurban Qurbanov - Katsper Karaskeviç (Polşa)

-60 kq 1/8 final. Həsrət Cəfərov - Donatas Rindeikis (Litva)

Qadın güləşi

-46 kq 1/8 final. Gültəkin Şirinova - Yuta Ala-Ranta (Finlandiya)

-49 kq 1/4 final Lalə Mirzəyeva - Mihaela Samoil (Moldova)

-61 kq 1/8 final. Mərziyə Sadıqova - Manola Skobelska (Ukrayna).

Qeyd edək ki, sabah da güləş yarışları saat 10:00-da başlayacaq.









Redaktorun seçimi