"Qəbələ"nin ilk rəqibi bəlli oldu

Hit: 231
"Qəbələ"nin ilk rəqibi bəlli oldu

2019-2020-ci illər mövsümündə UEFA Avropa Liqasında mübarizə aparacaq “Qəbələ”nin ilk rəqibi və oyunun başlama saatı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, mübarizəyə II təsnifat mərhələsindən başlayacaq “qırmızı-qaralar” Gürcüstanın “Dinamo” klubu ilə görüşəcək. Tbilisi I təsnifat mərhələsində “Enqordani”ni (Andorra) mübarizədən kənarlaşdırıb – 6:0, 1:0.

 

Komandamız ilk oyununu iyulun 25-də evdə keçirəcək. Oyun 19:00-da start götürəcək. Cavab görüşü isə avqustun 1-də səfərdə baş tutacaq.

Xatırladaq ki, “Qəbələ” 2015-2016-cı illər mövsümündə bu rəqiblə qarşılaşıb. UEFA Avropa Liqasının I təsnifat mərhələsinin səfər oyununda 1:2 hesabı ilə uduzan komandamız evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.

 









Redaktorun seçimi