"Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiyanın "Dundalk" komandası ilə qarşılaşacaq.

Ölkəmizi qitənin 1 nömrəli turnirində təmsil edən klubumuzun rəqibi haqqında məlumatı sizə təqdim edirik:

İrlandiyanın "Dundalk" klubu 1885-ci ildə həvəskar klub kimi yaradılsa da, 1903-cü ilin sentyabrından etibarən, peşəkar klub olaraq tanınmağa başlayıb. 

Onun adı İrlandiyadakı "Dalqan" qalasının adından götürülüb. Klubun 1940-cı ildən ənənəvi rəngi ağ-qara sayılır. Onun ləqəbləri "ağ zambaqlar" və "qala"dır.