"Qarabağ"a qarşı təbii ki, müdafiə futbolu oynamalısan" - Franko Lerda

128 dəfə oxunub
"Qarabağ"a qarşı təbii ki, müdafiə futbolu oynamalısan" - Franko Lerda

"Qarabağ" bu gün 2 qol vurdu, biz isə bunu edə bilmədik. Mərhələ keçməməyimizə səbəb də bu oldu. Futbolda hər şey ola bilər. Bizim də 3-4 qol epizodumuz oldu. Əvəzində rəqib əlinə düşən qol epizodlarından artıqlaması ilə yararlandı".

Faktor.az xəbər verir ki, bu sözləri "Partizani"nin baş məşqçisi Franko Lerda Çempionlar Liqasının I təsnifat mərhələsinin "Qarabağ"la Bakıda keçirilən cavab oyunundan (0:2) sonra mətbuat konfransında deyib.

- Hər iki oyunu müdafiədə keçirdiniz. İmkanınız olsaydı, yenidən müdafiə futbolu oynadardınız, yoxsa bunu dəyişərdiniz?

- Bu, rəqibin gücündən, kimə qarşı oynamağınızdan asılıdır. Güclü rəqibə qarşı təbii ki, müdafiə futbolu oynamalısan. Amma öz gücümüzə görə rəqiblə hücum futbolu göstərmək olar.

- Bakıdan qıcıqla ayrılırsınız?

- Qıcıqlanmırıq, qısqanc deyilik. "Qarabağ"a gələcək oyunlarda uğurlar arzulayıram.

- Sizcə, "Qarabağ" hansı mərhələyə qədər irəliləyə bilər?

- "Qarabağ" güclü komandadır. Hansı mərhələyə qədər adlaya biləcəklərini dəqiq deyə bilmərəm. Kintana kimi, meydana daxil olan anda fərqlənməyi bacaran oyunçuları var. Ailton Silvanı da qeyd etmək olar.

- Su şüşəsinə təpik vurdunuz və sarı vərəqə aldınız. Bu, penaltilərlə bağlı planınızın pozulmasından qaynaqlandı?

- Bu, oyun əsnasında olan bir hiss idi.



Redaktorun seçimi