Gürcüstan klubu ikinci təsnifat mərhələsində - Avropa Liqası

98 dəfə oxunub
Gürcüstan klubu ikinci təsnifat mərhələsində - Avropa Liqası

UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları davam edir.

Faktor.az xəbər verir ki, bu gün daha bir görüş keçirilib. Gürcüstanın "Çixura" klubu doğma meydanda Lüksemburq təmsilçisi "Fola" ilə qarşılaşıb. İlk oyunda səfərdə 2:1 hesablı qələbə qazanan gürcülər  bu matçda da rəqibini eyni hesabla məğlub edib.

Qeyd edək ki, Avroliqadakı təmsilçilərimiz "Neftçi" və "Səbail" isə cavab oyunlarını sabah keçirəcək. "Ağ-qaralar" Moldovada 3:0 hesabı ilə məğlub etdiyi "Sperantsa"nı bu dəfə Bakıda qəbul edəcək. "Dənizçilər" isə evdə 2:3 uduzduğu "Universitatya"nın qonağı olacaq.

Xatırladaq ki, bu mərhələnin ilk 3 oyunu dünən olub.

UEFA Avropa Liqası

1-ci təsnifat mərhələsinin cavab oyunu

17 iyul

20:00. "Çixura" (Gürcüstan) - "Fola" (Lüksemburq) - 2:1

İlk oyun - 2:1



Redaktorun seçimi