"Qarabağ"ın rəqibi bilindi

195 dəfə oxunub
"Qarabağ"ın rəqibi bilindi

"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. 

Faktor.az xəbər verir ki, bu, İrlandiyanın "Dundalk" klubudur. Komanda ÇL-in 1-ci təsnifat mərhələsi çərçivəsində Latviya "Riqa"sı ilə qarşılaşıb. Sözügedən komandalar arasında cavab görüşünün əsas vaxtında ilk matçda olduğu kimi hesab açılmayıb. Buna görə əlavə vaxta ehtiyac duyulub. Burada da qol vurulmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. 5:4 qalib gələn İrlandiya təmsilçisi növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, 2-ci turun matçları 23-24 iyul və 30-31 iyul tarixlərində olacaq.



Redaktorun seçimi