Ağdam klubu “Everton”un forvardını transfer edib

Hit: 275
Ağdam klubu “Everton”un forvardını transfer edib

“Qarabağ” yeni futbolçu alıb.

Faktor.az saytı xəbər verir ki, Türkiyənin “Osmanlıspor” klubunda çıxış edən Maqaye Qeye sabah tibbi müayinədən keçdikdən sonra, müqaviləyə imza atacaq.

Fransada anadan olan Seneqal əsilli forvard “Strasburq”un yetirməsidir. 2010-cu ildə İngiltərənin “Everton” komandasına satılıb. 2013-cü ildə İngiltərə klubu onu qısa müddətə “Brest”ə icarəyə verib. Bir il sonra İngiltərənin digər klubu “Milluol”a transfer olunub.

2015-ci ildə Türkiyəyə üz tutan Maqaye , 2018-ci ilə qədər “Adanaspor”da forma geyinib. Geridə qalan mövsümdə, o, TFF 1-ci liqada mübarizə aparan “Osmanlıspor”un uğurları üçün çalışıb. 









Redaktorun seçimi