"Partizani" penaltilər seriyasına hazırlaşır

Hit: 204
"Partizani" penaltilər seriyasına hazırlaşır

“Partizani” Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi hazırlıqlarını davam etdirir.

Faktor.az Albaniya mətbuatına istinadən xəbər verir ki, məşq zamanı əsas diqqət penalti seriyasına yönəldilib. Komandanın baş məşqçisi Franko Lerda Tiranadakı ilk matç qolsuz bərabərliklə bitdiyi üçün 11 metrlik cərimə zərbəsinə xüsusi önəm verib. Penalti vuruşları zamanı qapını əsas qolkiper Alban Hoca yox, Daşamir Cika qoruyub.

Qeyd edək ki, sabah "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.









Redaktorun seçimi