Qəzaya düşən dünya çempionu öldü

Hit: 233
Qəzaya düşən dünya çempionu öldü

Keçmiş amerikalı boksçu Pernell Uittaker xəstəxanada dünyasını dəyişib. Bu barədə “13News”un müxbiri Eli Uizerton Tvitter hesabında məlumat verib.

“İyulun 14-də 55 yaşlı Pernelli maşın vurdu. Avtomobilin sürücüsü gizlənmədi və polisin gəlməyini gözlədi. Keçmiş idmançı xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilmədi”, - jurnalist qeyd edib.

Məlumat üçün bildirək ki, Uittaker həvəskar boksda yüksək nəticələr əldə edib. Onun hesabında 1984-cü ildə keçirilən Olimpiadada qazandığı qızıl medal, eləcə də dünya çempionatında və Panamerika Oyunlarında qələbələri var.  Olimpia oyunlarındakı qələbəsindən sonra peşəkar boksla məşğul olmağa başlayan Uittaker 40 dəfə qalib, 4 dəfə məğlub olub. Oyunların 4-ü heç-heçə ilə bitib.

 

 








Redaktorun seçimi