"Tottenhem"dən Beyl üçün təklif

Hit: 268
"Tottenhem"dən Beyl üçün təklif

"Tottenhem" sabiq futbolçusu Qaret Beyl üçün "Real"a təklif göndərib.

Faktor.az "Marca"ya istinadən xəbər verir ki, İngiltərə klubu uelsli hücumçu üçün 60 milyon avro ödəməyə hazırdır. Ancaq "Tottenhem"in Beylə  8 milyon 500 avro maaş verə biləcəyi vurğulanıb. Bu isə 30 yaşlı futbolçunun Madrid klubundakı maaşının (17 milyon avro) yarısıdır.

Qeyd edək ki, Beyl 2013-cü ildə 100 milyon avroya "Tottenhem"dən "Real"a transfer olunub.









Redaktorun seçimi