Azərbaycanı Avropa Gənclər Olimpiya Festivalında neçə idmançı təmsil edəcək?

Hit: 168
Azərbaycanı Avropa Gənclər Olimpiya Festivalında neçə idmançı təmsil edəcək?

Bakıda Avropa Gənclər Olimpiya Festivalında (EYOF) iştirak edəcək Azərbaycan idmançılarının sayı bəlli olub.

Azərbaycan adından turnirdə 122 idmançı mübarizə aparacaq.

Bunlardan 80-i oğlan, 42-si qız idmançıdır. Həmçinin 34 komanda rəsmisi qeydiyyatdan keçib. Bunlar millilərimizin baş məşqçiləri, onların köməkçiləri və tibbi-texniki personaldır.

Ümumilikdə Azərbaycan nümayəndə heyəti 198 nəfərdən ibarət olacaq.

Yarış üçün 2500 könüllü qeydiyyatdan keçib.

Qeyd edək ki, Avropa Gənclər Olimpiya Festivalı Azərbaycan paytaxtında 21-27 iyul tarixlərində keçiriləcək.









Redaktorun seçimi