Dieqo Kosta üçün 13 milyonluq təklif

Hit: 280
Dieqo Kosta üçün 13 milyonluq təklif

"Atletiko"nun hücumçusu Dieqo Kosta karyerasını Braziliyada davam etdirə bilər.

Faktor.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu sözügedən ölkədən təklif alıb. "Flamenqo" təcrübəli forvardın xidmətində maraqlıdır. Braziliya klubunun Kosta üçün Madrid təmsilçisinə 13 milyon avro təklif edib.

Qeyd edək ki, Braziliya əsilli ispan hücumçu ötən mövsüm "Atletiko"nun heyətində 16 oyuna 2 qol vurub. Onun La Liqa klubundakı illik maaşı 8.5 milyon avrodur.









Redaktorun seçimi