"Ayaks" de Liqti Avstriyaya aparmadı

130 dəfə oxunub
"Ayaks" de Liqti Avstriyaya aparmadı

"Ayaks"ın futbolçusu Matteys de Liqt klubun Avstriyadakı təlim-məşq toplanışına qatılmayıb.

Faktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, Hollandiya təmsilçisi adı "Yuventus"la hallanan  19 yaşlı müdafiəçini Avstriyaya aparmayıb. Klubun  oyunçunun Turin təmsilçisinə transferinin yekunlaması üçün bu addımı atdığı bildirilib.

Qeyd edək ki, de Liqt ötən mövsüm 55 matçda 7 qol vurub, 4 qolun ötürməsini verib.



Redaktorun seçimi