"Valensiya"dan rus futboçuya 80 milyonluq müqavilə

89 dəfə oxunub
"Valensiya"dan rus futboçuya 80 milyonluq müqavilə

"Vilyareal"ın futbolçusu Denis Çerışevin "Valensiya"ya keçidi rəsmiləşib.

Faktor.az xəbər verir ki, bu barədə "Valensiya"nın saytı məlumat yayıb. Rusiya millisinin üzvü ilə 2022-ci ilin iyununa qədər müqavilə imzalanıb. 28 yaşlı yarımmüdafiəçiyə 80 milyon avro təzminat qiyməti qoyulub.

Qeyd edək ki, Madrid “Real”ının yetirməsi olan futbolçu üzvü son mövsümü icarə əsasında “Valensiya”da keçirib. O, “yarasalar”ın heyətində 41 oyuna 4 qol vurub, 5 məhusuldar ötürmə edib.



Redaktorun seçimi