Əsgər Abdullayev yenidən "Araz Naxçıvan"da

142 dəfə oxunub
Əsgər Abdullayev yenidən "Araz Naxçıvan"da
2013/14 mövsümündə "Araz-Naxçıvan"la I divizionun qalibi olan baş məşqçi Əsgər Abdullayev yenidən komandanın sükanı arxasına keçib.
 
Faktor.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasiyasında aparılan struktur dəyişikliyindən sonra Muxtar Respublikada futbolun inkişafı, kütləviliyi üçün müəyyən addımlar atılmağa başlanılıb. İlk olaraq, bu mövsümdən etibarən 10, 11, 12, 13 və 14 yaşlı uşaqlar arasında Naxçıvan Muxtar Respublika çempionatı start götürəcək. 
 
Futbolçuların peşəkarlığını artırmaq, komandalar arasında rəqabətin yüksək olması üçün bir çox peşəkar məşqçi Naxçıvana dəvət olunacaq. İstər futbolçu, istərsə də məşqçilik karyerası zəngin olan Əsgər Abdullayev də artıq Naxçıvandadı. Onunla qarşıdakı günlərdə 1+1 illik müqavilə imzalanacaq.
 
Əsgər Abdullayev komandanın baş məşqçisi olmaqla yanaşı, eyni zamanda muxtar respublikada uşaqlar, xüsusilə böyüklər arasında keçiriləcək çempionatlarda çıxış edəcək komandalara da nəzarət edəcək. Məqsəd isə istedadlı futbolçuları üzə çıxarmaq və onları əsas komandaya dəvət etməkdi.



Redaktorun seçimi