Krauç karyerasını bitirdi

84 dəfə oxunub
Krauç karyerasını bitirdi

İngiltərə millisinin sabiq üzvü Piter Krauç karyerasını başa vurub. 

Faktor.az xəbər verir ki, bunu 38 yaşlı hücumçu sosial şəbəkə hesabında açıqlayıb.

"Bu yay çox götür-qoy etdikdən sonra karyeramı bitirmək qərarına gəldim. Gözəl futbol mənə çox şey bəxş etdi. Mənə kömək edən hər kəsə minnətdaram" - deyə o bildirib.

Qeyd edək ki, dünyanın ən ucaboy futbolçularından biri olan (2.01 metr) Piter Krauç karyerası ərzində "Tottenhem" və "Liverpul" kimi klublarda da çıxış edib.



Redaktorun seçimi