Milli komandamızın heyəti məlum oldu

81 dəfə oxunub
Milli komandamızın heyəti məlum oldu

2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat turnirinə hazırlaşan voleybol üzrə qadınlardan ibarət milli komandamız dünən Bolqarıstana yola düşmüşüb.

Faktor.az xəbər verir ki, millimiz daha sonra Rusiya və Türkiyədə də təlim-məşq toplanışında olacaq. Komandamız hazırlıq çərçivəsində Bolqarıstan və Rusiya ilə bir neçə yoxlama oyunları da keçirəcək. 

Xatırladaq ki, Bakıda, hazırlıq prosesində 30-a yaxın idmançı iştirak etsə də, ölkə xaricində təşkil olunan təlim-məşq toplantısına 15 idmançı cəlb olunmuşdur.

Qeyd edək ki, qızlarımız Braziliyaya iyulun 24-də Türkiyədən yollanacaq.

Milli komandamızın heyəti:

1. Leyla Parşkova

2. Yana Əzimova

3. Anastasiya Qurbanova

4. Odina Əliyeva

5. Ayşən Abduləzimova

6. Olena Həsənova

7. Yelyzaveta Səmədova

8. Anastasiya Bezsonova

9. Krystsina Yaqubova

10. Polina Rəhimova

11. Şəfaqət Alışanova

12. Bəyaz Alıyeva

13. Marharyta Əzizova

14. Maryia Kiryliuk

15. Kseniya Pavlenko

 



Redaktorun seçimi