"Neftçi"dən Avroliqaya əla start - YENİLƏNİB

253 dəfə oxunub
"Neftçi"dən Avroliqaya əla start - YENİLƏNİB

UEFA Avropa Liqasında ölkəmizi təmsil edən “Neftçi” bu gün mübarizəyə başlayıb.

Faktor.az xəbər verir ki, Roberto Bordinin komandası 1-ci təsnifat mərhələsinin  ilk oyununda Moldovanın “Sperantsa” klubunun qonağı olub. Bir neçə ildir Avroliqada uğursuz çıxış edən paytaxt təmsilçisi turnirə əla start verib. "Ağ-qaralar" səfər oyunundan 3:0 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 18-də Bakıda keçiriləcək. Mərhələni adlayan tərəf Rusiyanın "Arsenal" (Tula) klubu ilə qaşılaşacaq.

UEFA Avropa Liqası

I təsnifat mərhələsi

İlk oyunlar

11 iyul

21:00. "Sperantsa" (Moldova) - "Neftçi" (Azərbaycan) - 0:3

Qollar: Emin Mahmudov, 16-pen. (0-1) Stiven Monroz, 36 (0-2), Rəhman Hacıyev, 76 (0-3)

Baş hakim: Tim Marşal (Şimali İrlandiya)

Kişinyov, "Zimbru" stadionu



Redaktorun seçimi