Neymarı yox, Mbappeni istəyirlər

129 dəfə oxunub
Neymarı yox, Mbappeni istəyirlər

PSJ-nin hücumçusu Neymar artıq "Real"ın maraq dairəsində deyil.

Faktor.az "AS" nəşrinə istinadən xəbər verir ki, "kral klubu" braziliyalı futbolçunu almaq istəmir. Madrid təmsilçisinin əsas transfer hədəfinin PSJ-nin digər ulduzu Kilian Mbappe olduğu bildirilir. İddiaya görə, 20 yaşlı forvardın "Real"a keçidi onun fransa klubu ilə 2022-ci ildə başa çatacaq müqaviləsinin müddətini uzadıb-uzatmamasından asılıdır.

Qeyd edək ki, Neymarı transferə çıxarmağa hazırlaşan PSJ onu "Barselona"ya satmaq istəmir.



Redaktorun seçimi