"Atletiko" Kostaya 70 milyon avro qiymət qoydu

59 dəfə oxunub
"Atletiko" Kostaya 70 milyon avro qiymət qoydu

"Atletiko" yolları ayırmağa hazırlaşdığı Dieqo Kostanın qiymətini müəyyənləşdirib.

Faktor.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubu 30 yaşlı hücumçuya 70 milyon avro qiymət qoyub.

La Liqa təmsilçisi ispan oyunçunu transfer etmək istəyən İngiltərə Premyer Liqa klubu "Vulverhempton"dan bu məbləği tələb edib.

Qeyd edək ki, Kosta ötən mövsüm 21 matçda 5 qol vurub, 3 qolun ötürməsini verib.



Redaktorun seçimi