"Qəbələ" "Vorskla"ya uduzdu

154 dəfə oxunub
"Qəbələ" "Vorskla"ya uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

Faktor.az xəbər verir ki, “qırmızı-qaralar” Bolu hazırlığının 8-ci günündə Ukrayna təmsilçisi “Vorskla” ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.  "Qırmızı qaralar"ın yeganə qolunu 41-ci dəqiqədə Ülvi İsgəndərov vurub.

Xatırladaq ki , "Vorskla" ötən mövsüm Premyer Liqani 7-ci pillədə tamamlayıb.

Qeyd edək ki, "Qəbələ" iyulun 7-də bu ölkənin digər təmsilçisi “Mariupol”a 2:1 hesabı ilə qalib gəlib. Həmin görüşdə də Ü.İsgəndərov 1 qola  imza atıb.

11 iyul

12:00. "Qəbələ" - "Vorskla" - 1:3

Qol: Ülvi İsgəndərov, 41



Redaktorun seçimi