"Qarabağ"ın rəqibi yenə uduzdu

Hit: 338
"Qarabağ"ın rəqibi yenə uduzdu

"Qarabağ"ın Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi "Partizani" Sloveniyada təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyunu keçirib.

Faktor.az xəbər verir ki, Albaniya klubu Sloveniyanın “Mura” klubu ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

Komanda bundan əvvəl yoxlama görüşündə Bosniya və Hersoqovina təmsilçisi “Sarayevo”ya  məğlub olmuşdu - 1:5.

Qeyd edək ki, “Qarabağ”la “Partizani” arasındakı ilk oyun iyulun 10-da Tiranada, cavab qarşılaşması ilə bir həftə sonra Bakıda keçiriləcək.









Redaktorun seçimi