Avropa Oyunlarında ilk qızılı qazandıq

Hit: 544
Avropa Oyunlarında ilk qızılı qazandıq

Azərbaycan sərbəst güləşçisi Mahir Əmiraslanov "Minsk 2019" II Avropa Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırıb.

Faktor.az xəbər verir ki, 57 kq çəkidə yer alan Əmiraslanov finalda Serbiya idmançısı Stevan Misiçi 9:1 hesabı ilə məğlub edərək “Minsk 2019” ikinci Avropa Oyunlarının çempionu olub.

İdmançımız bu qələbə sayəsində ikinci Avropa Oyunlarında Azərbaycan yığmasının aktivinə ilk qızıl medalı yazdırıb. Hazırda yığmamızın hesabında 1 qızıl, 4 gümüş və 7 bürünc medal var.

Xatırladaq ki, M.Əmiraslanov (57 kq) 1/8 finalda bolqarıstanlı Georgi Vangelova 6:5 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb. 1/4 finalda Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovu 4:0 hesabı ilə məğlubiyyətə uğradan güləşçimiz yarımfinalda Rusiya idmançısı Zavur Uquyev ilə qarşılaşıb. Yarımfinal görüşündə M.Əmiraslanov hesabda geri düşməsinə baxmayaraq, yüksək əzmkarlıq göstərərək görüşü qələbə ilə başa vurub – 3:2.

Qeyd edək ki, 22 yaşlı Mahir Əmiraslanov bu ilin aprelində Rumıniyada keçirilən Avropa çempionatında bürünc medala sahib olub.

 









Redaktorun seçimi