"Minsk 2019": Hacı Əliyev və Nurməhəmməd Hacıyev finalda

Hit: 1279
"Minsk 2019": Hacı Əliyev və Nurməhəmməd Hacıyev finalda

Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışları davam edir. 

Faktor.az xəbər verir ki, bu gün daha 3 güləşçimiz mübarizəyə qoşulub.

Sərbəst güləş

65 kq

Yığmamızın liderlərindən biri - 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev 1/8 finalda Ermənistan idmançısı Valodya Franqulyanla qarşılaşıb və inamlı qələbə qazanıb - 6:0. O, 1/4 finalda belaruslu George Koliyevi 7:5 hesabı ilə məğlub edib. Əliyev yarımfinalda Ukraynanı təmsil edən erməni Xor Oqannesyanla qarşılıb. Görüş 4:4 hesablı heç-heçə ilə tamamlansa da, Azərbaycan təmsilçisi fəal güləşməsi səbəbindən qalib olub. O, finalda sabah Vladimir Xinceqaşvili (Gürcüstan)  ilə üz-üzə gələcək.

97 kq

1/8 finalda mübarizəyə başlayan digər güləşçimiz Nurməhəmməd Hacıyevin rəqibi Radoslav Baran (Polşa) olub. İdmançımız rəqibinə 8:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. O, bu mərhələdə  Gürcüstan təmsilçisi Elizbar Odikadzeni 7:3 hesabı ilə üstələyib. Onun final yolundakı rəqibi Murazi Mçedlidze (Ukrayna) olub. 7:0 hesabı ilə qalib gələn idmançımız finala adını yazdırıb. N.Hacıyev həlledici görüşdə sabah Abdulrəşid Sadullayevlə (Rusiya) qarşılaşacaq.

Qadın güləşi

68 kq

İrina Netreba da yarışa 1/8 finaldan qoşulub. O, isveçli Cenni Franssona 1:3 uduzub









Redaktorun seçimi