Azərbaycanlı hakim “Bavariya”nın oyununa təyinat aldı

Hit: 264
Azərbaycanlı hakim “Bavariya”nın oyununa təyinat aldı
Azərbaycanın futbol hakimi Namiq Hüseynov UEFA-dan növbəti dəfə təyinat alıb.
 
Faktor.az xəbər verir ki, 32 yaşlı referi UEFA Regionlar Kubokunun finalında yan xətt hakimi funskiyasını yerinə yetirəcək. O, iyunun 26-da "Burghausen stadionu”nda keçiriləcək "Bavariya” (Almaniya) – "Dolny Şlask” (Polşa) qarşılaşmasında rumıniyalı baş hakim Sebastyan Kolteskuya kömək edəcək.
 
Digər köməkçi hakim Senad İbrisimbegoviç (Bosniya və Herseqovina), dördüncü hakim isə Georgi Vadaçkoria (Gürcüstan) olacaq. 








Redaktorun seçimi