"Minsk 2019": Üç güləşçimiz yarımfinalda - YENİLƏNİR

181 dəfə oxunub
"Minsk 2019": Üç güləşçimiz yarımfinalda - YENİLƏNİR

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

Faktor.az xəbər verir ki, bu gün sərbəst güləş yarışlarına start verilib. Güləşçilərimizin hamısı yarışa 1/8 finaldan qoşulub.

Bu mərhələdə Mahir Əmiraslanov (57 kq) bolqarıstanlı Georgi Vangelova 6:5 hesabı ilə qalib gələrək, 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdəki rəqibi Vladimir Yeqorovu (Şimali Makedoniya) da məğlub edən (4:0) güləşçimiz yarımfinalda rusiyalı Zavur Uquyevlə üz-üzə gələcək.

74 kq çəki dərəcəsində güləşən Hacımurad Hacıyev elə ilk mərhələdəcə türkiyəli Soner Dəmirtaşa uduzub - 3:4.

Aleksandr Qostiyev (86 kq) 1/8 finalda moldovalı Deniv Balauru 7:1 hesabı ilə məğlub edərək, növbəti mərhələdə gürcüstanlı Sandro Aminaşviliyə rəqib olub. Gürcü güləşçiyə 6:2 hesabı ilə qalib gələn idmançımızın yarımfinaldakı rəqibi Dauren Kuruqliyev (Rusiya) olacaq.

125 kq-da mübarizə aparan Cəmaləddin Məhəmmədov da yarışa uğurlu start verib. Vitali Piasniakla (Belarus) görüşdə 6:0-lıq qələbə qazanan güləşçimiz 1/4 finalda Macarıstan idmançısı Daniel Ligetinlə qarşılaşıb. Həmin görüşdə də 6:5 hesabı ilə qalib gələn pəhləvanımız yarımfinalda gürcüstanlı Givi Maçaraşvili ilə qarşılaşacaq.



Redaktorun seçimi