"Neftçi"nin cavab oyununun da vaxtı bilindi

Hit: 208
"Neftçi"nin cavab oyununun da vaxtı bilindi

"Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində Moldovanın "Sperantsa" klubu ilə cavab oyununun da vaxtı açıqlanıb.

Faktor.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyulun 18-də Bakıda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq. Görüş "Bakcell Arena"da olacaq.

Qeyd edək ki, komandalar arasında ilk matç iyulun 11-də Kişinyovda keçiriləcək və həmin oyun da Bakı vaxtı ilə 21:00-da start götürəcək. Bu cütün qalibi 2-ci raundda Rusiyanın "Arsenal" (Tula) klubu ilə üz-üzə gələcək.









Redaktorun seçimi