"Minsk-2019": Cüdo yığmamız Fransaya məğlub oldu - YENİLƏNİB

Hit: 422
"Minsk-2019": Cüdo yığmamız Fransaya məğlub oldu - YENİLƏNİB

Belarusun paytaxtı Minskə keçirilən II Avropa Oyunlarında bu gün cüdo üzrə komanda yarışlarına start verilib.

Faktor.az xəbər verir ki, komandaların mübarizəsi 1/8 finaldan başlayıb. Cüdo yığmamız bu mərhələdə Fransa ilə qarşılaşıb. 0:4 hesabı ilə uduzan komandamız mübarizəni dayandırıb.

II Avropa Oyunları

Cüdo yarışı

Azərbaycan - Fransa - 0:4

+90 kq

Uşanqi Kokauri - Sirill Mare - 1:2

57 kq

Aleksandra Larisa Florian - Prisçille Qneto - 2:10

73 kq

Rüstəm orucov - Qayom Şane - 2:12

70 kq

Nuriyə Axundova - Mari-Eve Qanye - 0:10

Qeyd edək ki, Avropa Oyunlarında Azərbaycana 11 medaldan 5-ni cüdoçular qazandırıb. Rüstəm Orucov (73 kq) gümüş, Hidayət Heydərdov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) isə bürünc medal əldə edib.









Redaktorun seçimi