"Barselona" Neymarla razılığa gəldi

Hit: 235
"Barselona" Neymarla razılığa gəldi

PSJ-nin futbolçusu Neymar "Barselona" ilə razılığa gəlib.

Faktor.az xəbər verir ki, bu barədə "Dairy Sport" nəşri yazıb. Kataloniya klubu braziliyalı hücumçu ilə 5 illik müqavilə imzalayacaq. 27 yaşlı oyunçu La Liqa təmsilçisində ilinə 24 milyon avro qazanacaq. Neymar PSJ-də isə ilinə 37 milyon avro maaş alır.

Xəbərə bildirilib ki,  Braziliya millisinin üzvü "Barselona"ya qayıtmağı çox istədiyi üçün klubun ilk təklifini düşünmədən qəbul edib.

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə "Barselona"da çıxış edib.









Redaktorun seçimi