Uruqvay qrup lideri, Çili ikinci oldu - VİDEO

Hit: 259
Uruqvay qrup lideri, Çili ikinci oldu - VİDEO
Braziliyada keçirilən Amerika Kubokunda qrup mərhələsinə yekun vurulub.
 
Faktor.az xəbər verir ki, ötən gecə C qrupunda son turun oyunları keçirilib.
 
Uruqvay ilk iki turda qələbə qazanan Çiliyə 1:0 hesabı ilə qalib gəlib. Yeganə qola Edinson Kavani imza atıb. Nəticədə bu komandalar 1-2-ci pillələrin sahibi kimi 1/4 finala çıxıb.
 
Qrupun digər oyunu isə Ekvador və Yaponiya arasında keçirilib. Bu görüşdə qalib müəyyənləşməyib. Ekvadorun heyətində Angel Delqado, Yaponiyanın heyətində isə Şoya Nakajima fərqlənib.
 
Qeyd edək ki, Uruqvay və Çilidən başqa Braziliya, Venesuella, Kolumbiya və Argentina qrupda 1-2-ci pillələri tutaraq 1/4 finala çıxıb. Peru və Paraqvay isə ən yaxşı qrup üçüncüsü kimi mərhələ adlayıb. 1/4 finalda Braziliya Paraqvayı, Argentina Venesuelanı, Çili Kolumbiyanı, Uruqvay isə Perunu sınağa çəkəcək.








Redaktorun seçimi