"Qarabağ"ın ikinci oyununun saatı açıqlandı

Hit: 383
"Qarabağ"ın ikinci oyununun saatı açıqlandı

"Qarabağ"ın Avstriyada təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununun başlama saatı müəyyənləşib.

Faktor.az klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, "Krayova"ya (Rumıniya) qarşı görüş sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub. Komanda iyunun 28-də Rusiyanın “Ufa” və iyulun 2-də Çexiyanın “Viktoriya” klubları ilə də yoxlama oyunu keçirəcək.









Redaktorun seçimi